Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Turan Bank» ASC-nin 2012-ci ildə əldə etdiyi gəlirlərin həcmi 23,046 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin analoji göstəricisindən 23,4% çoxdur. Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın xərcləri 27,3% artaraq 19,180 mln. manata çatıb.
Bankdan bildirilib ki, ötən ilin yekununda «Turan Bank» 3,866 mln. manat həcmində mənfəət əldə edib ki, bu da 2011-ci ilin göstəricisindən 7,1% çoxdur.
Qeyd edək ki, hesabat ilində bankın faiz gəlirləri 19,173 mln. manat, qeyri-faiz gəlirləri 3,874 mln. manat, faiz xərcləri 9,767 mln. manat, qeyri-faiz xərcləri isə 9,414 mln. manata bərabər olub. Nəticədə, 2012-ci ilin yekununda bankın faiz mənfəəti 16,1%, qeyri-faiz zərəri isə 24,5% artıb.