Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. «TuranBank» ASC 2 avqust - Milli Kino Günü münasibətilə kino işçiləri üçün endirimli kredit kampaniyasına başlayıb.
Bankdan «APA-Economics»ə verilən məlumata görə, kampaniya çərçivəsində «TuranBank» istehlak kreditlərinin illik faiz dərəcəsini 2% endirir. Avqustun 2, 5 və 6-da bu peşə sahibləri iş yerlərindən arayış təqdim etməklə «TuranBank»ın istənilən filialında istehlak kreditlərini 2% endirimlə əldə edə bilərlər.
Kino işçiləri üçün kredit faizlərində endirim «TuranBank»ın müxtəlif peşə sahibləri üçün nəzərdə tutulan endirimli kampaniyaları çərçivəsində həyata keçirilir.