Bank Of Baku

«Unibank» əməkdaşları və tərəfdaşları arasında intellektual yarışma keçirib - FOTO

«Unibank» əməkdaşları və tərəfdaşları arasında intellektual yarışma keçirib - <span style="color: red;">FOTO
# 28 yanvar 2013 14:09 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Unibank» ASC-nin əməkdaşları  və tərəfdaşları arasında  «Çto? Qde? Koqda?» intellektual yarışması keçirilib. Bankdan «APA-Economics»ə verilən məlumata görə, 40 komandanın qatıldığı yarışmada komandalar 60 sualı cavablandırıb.

 

İştirakçı komandalardan 31-i «Unibank»ın əməkdaşları, 9-u isə tərəfdaş şirkətlərin nümayəndələrindən ibarət olub. İntellektual yarışmaya «Unbank»ın  baş ofisi ilə yanaşı, bütün paytaxt və bölgə filiallarının əməkdaşları qatılıb. Tərəfdaş şirkətlərdən isə «Embawood», «DNS», «Arçelik», «Ideal», «Romantic», «World Telecom», «Business Insight», «Atəşgah Sığorta» və «MilliKart»  öz komandaları ilə yarışmada iştirak edib. Oyunun suallarını, bu məşhur oyunun baş prodüseri olan Balaş Qasımovun komandası hazırlayıb.

 

Xal hesabına görə «Unibank»ın ən fəal tərəfdaşlarından olan «Romantic» geyim mağazaları şəbəkəsinin komandası 1-ci yeri tutub. Üçlüyün digər qalibləri isə «Unibank»ın əməkdaşları olub. «Maliyyə» komandası 2-ci, «Marketinq» komandası isə 3-cü yeri qazanıb. Qaliblər oyunun kubokları və digər hədiyyələrlə mükafatlandırılıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR