Bank Of Baku

«Unibank» güzəşti kreditlərin vaxtını uzadıb

«Unibank» güzəşti kreditlərin vaxtını uzadıb
# 29 avqust 2013 12:56 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. «Unibank» ASC əhalinin tələbatını nəzərə alaraq 3% endirimli kreditlərin vaxtını uzadıb.

 

Bankdan «APA-Economics»ə verilən məlumata görə, indi  bütün  peşə  sahibləri  oktyabrın 30-dək «Unibank»ın endirimli kreditlərindən faydalana biləcəklər. Güzəştli kreditlər maksimal həcmi 7 500 manat olmaqla, 48 ayadək müddətə verilir. Üstəlik, «Unibank»dan kredit götürən hər kəsə bir çox imtiyazlar verən üzvlük kartı hədiyyə edilir.

 

Qeyd edək ki, «Unibank»da nağd kredit götürən hər bir müştəri üçün maksimal yaş həddi 70-dir, kredit götürənlərin aylıq gəlirlərinin məbləğinə və əmək stajına heç bir tələb qoyulmur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR