Bank Of Baku

«Unibank» hədiyyə kampaniyasına başlayıb

«Unibank» hədiyyə kampaniyasına başlayıb
# 12 mart 2013 13:29 (UTC +04:00)

Bankdan «APA-Economics»ə verilən məlumata görə, aprelin 1-dək «Unibank»dan nağd kredit alan hər bir müştəriyə «VISA Alkart» kredit kartı hədiyyə olunacaq.

 

Bayram hədiyyəsi olan 500 manat limitli bu kart pulsuz verilir və heç bir komissiya haqqı ödənilmədən rəsmiləşdirilir. Kartdakı kredit vəsaitindən 35 gün ərzində faiz ödəmədən istifadə etmək mümkündür.

 

«Unibank»da arayışsız kreditlərin verilməsi ilə bağlı kampaniya davam edir. Bu kampaniya çərçivəsində iş yerindən arayış təqdim etmədən, yalnız şəxsiyyət vəsiqəsi ilə, bankın bütün paytaxt və rayon filiallarından 5 min manatadək kredit ala bilər. «Unibank»ın nağd kreditlərində minimal əmək haqqına və paytaxt qeydiyyatına tələb yoxdur, 6 ay müddətinə rəsmiləşdirilən kreditlərə 6% endirim edilir.

 

Qeyd edək ki, «Unibank» nağd kredit götürən hər bir müştərisi üçün maksimal yaş həddini də 65-dən 70-ə qaldırıb. Artıq 20 yaşdan yuxarı və kreditin bitmə müddətinə 70 yaşı tamam olan hər bir ölkə vətəndaşı bankın kreditindən faydalana biləcək. Müştərilərinə bütün həftəni xidmət etmək üçün «Unibank»ın filialları, şənbə günləri də tam iş qrafikinə keçib. Filiallar nahar fasiləsiz işləyir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR