Bakı – APA-Economics. «Unibank» ASC-nin üç aydan artıq bir müddətdə davam edən «Unibank»a əmanət yerləşdirin və hədiyyə qazanın!» adlı tirajlı stimullaşdırıcı lotereyası başa çatıb.
Bankan «APA-Economics»ə verilən məlumata görə, kampaniya dövründə depozit portfelinin artımı 28 mln. manatdan çox olub ki, bu da ümumi depozit portfelinin 9%-i deməkdir. Fiziki şəxslərdən bankın cəlb etdiyi vəsaitlər hesabına 2013-cü il sentyabrın 1-nə «Unibank»ın ümumi depozit portfeli 350 mln. manatı ötüb. Hesabat dövründə bankda depozit hesabı açan şəxslərin sayı isə 24% artıb. Hazırda «Unibank»da depozit hesabı olan müştərilərin sayı 12 mindən artıqdır.
Xatırladaq ki, «Unibanka» əmanət yerləşdirin və hədiyyə qazanın!» adlı tirajlı stimullaşdırıcı lotereya mayın 20-dən avqustun 31-dək davam edib. Lotereyanın şərtlərinə görə, müştəri ən azı 12 ay müddətinə 100