Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Unibank» ASC iş yerindən arayış təqdim etmədən, yalnız şəxsiyyət vəsiqəsi ilə nağd kreditlər təklif edir. Bankdan «APA-Economics»ə verilən məlumata görə, minimal məbləği 300 manat olan arayışsız kreditin, maksimal məbləği 5 000 manatdır.
Kreditin müddəti 3-30 aydır. Arayışsız kreditlər «Unibank»ın bütün paytaxt və rayon filiallarında verilir. Müştərilərin qeydiyyatına, iş stajına heç bir tələb qoyulmur. Başqa banklarda kredit borcu olanlara da arayışsız kredit verilir.
Qekyd edək ki, «Unibank»ın filialları şənbə günləri də tam iş qrafiki ilə nahar fasiləsi olmadan işləyir. Bankın Bülbül pr-ti,10 ünvanında, «Sahil» metro stansiyasının yaxınlığında yerləşən eyni adlı filialı günün 24 saatı fəaliyyətdədir.