Bank Of Baku

«Unibank» nizamnamə kapitalını artırır

«Unibank» nizamnamə kapitalını artırır
# 27 avqust 2013 13:08 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Unibank» ASC-nin imtiyazlı sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

 

Bakı Fond Birjasından «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 2,72 manat, sayı 2 205 900 ədəd, emissiyanın ümumi həcmi isə 6 000 048 manat təşkil edir. Yerləşdirmə kütləvi təklif üsulu ilə həyata keçiriləcək. Sözügedən qiymətli kağızlar yerləşdiriləndən sonra bankın nizamnamə kapitalı 9,3% artaraq 70,565 mln. manata çatacaq.

 

Yerləşdirmədə anderrayter qismində «Unicapital» ASC çıxış edəcək.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR