Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Unibank» ASC 14 fevral - Sevgililər günü münasibəti ilə yeni kampaniyaya başlayıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, bu kampaniya çərçivəsində hər bir «Albalı» kart sahibi fevralın 13-14-də Bankın tərəfdaşı olan 500-dən artıq mağazadan güzəştli alış-veriş edərək, aldığı malın və ya göstərilən xidmətin dəyərini 2 aydan sonra faizsiz və hissə-hissə ödəmək imkanı qazanacaq.
Lakin bu aksiya ATM vasitəsi ilə nağdlaşdırma və onlayn kommunal ödənişlərinə şamil edilmir.
Qeyd edək ki, «Albalı» kart sahiblərini fevral 13-14-də «Unibank»ın partnyor-mağazaları olan «L'occitane» (10%), «Gülüm» (10%), «Bateel» (15%), «İtalsilver» (20%) və «Greenwich» (20%) dükanlarında endirim kampaniyaları gözləyir.
«Albalı» kartları tamamilə pulsuzdur və kartla alınan malın dəyəri bərabər hissələrə bölünərək, bir neçə ay ərzində (12 aya qədər) və hər ayın 1-dən 10-dək ödənilir. Ödənişi «Unibank»ın istənilən filialındakı «Cash-in» terminallarının köməyi ilə aparmaq mümkündür.
Müştərilər «Albalı» kartını «Unibank»ın istənilən filialından komissiya haqqı ödəmədən, illik faiz dərəcəsi 0% olan kreditlə, tamamilə pulsuz olaraq ala bilərlər. Üç il müddətinə 3 min manatadək kredit cəlb etməyə imkan verən «Albalı» kartı, bankomat vasitəsilə 200 manatadək nağd pulu almağı da mümkün edir. Kartı əldə etmək üçün online sifariş anketini doldurmaq yetər. Sifariş anketini www.albali.az/sifarish-et/ ünvanından doldurmaq olar.