Bank Of Baku

«Unibank» vergi işçiləri üçün kredit aksiyası keçirir

«Unibank» vergi işçiləri üçün kredit aksiyası keçirir
# 11 fevral 2013 13:51 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Unibank» ASC vergi işçilərinin peşə bayramları münasibətilə xüsusi kredit aksiyasına başlayıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, martın 11-dək davam edəcək aksiya çərçivəsində vergi əməkdaşları «Unibank»dan 2% endirimlə kredit ala biləcəklər.

 

Bildirilir ki, 3-30 ay müddətli kreditin maksimal həcmi 5 min manatdır. Minimal əmək haqqına tələbin olmadığı krediti hər bir vergi işçisi ala bilər.

 

Qeyd edək ki, «Unibank»da arayışsız kreditlərin verilməsi ilə bağlı kampaniya davam edir. Bu kampaniya çərçivəsində iş yerindən arayış təqdim etmədən, yalnız şəxsiyyət vəsiqəsi ilə, bankın bütün paytaxt və rayon filiallarından 5 min manatadək kredit ala bilər. Vətəndaşların böyük marağına səbəb olan arayışsız kreditləri əhali üçün daha da sərfəli etmək məqsədilə «Unibank» faiz dərəcələrini kəskin aşağı salıb.

 

Bankın yeni aksiyası çərçivəsində, müştərilər 6% daha ucuz kredit əldə edə bilərlər. Başqa banklarda kredit borcu olanlara da arayışsız kredit verilir. «Unibank»ın 6 aya 6% endirimli, arayışsız kredit kampaniyası fevralın 28-dək qüvvədədir. «Unibank»ın nağd kreditlərində minimal əmək haqqına və paytaxt qeydiyyatına tələb yoxdur.

 

Qeyd edək ki, «Unibank» nağd kredit götürən hər bir müştərisi üçün maksimal yaş həddini də 65-dən 70-ə qaldırıb. Artıq 20 yaşdan yuxarı və kreditin bitmə müddətinə 70 yaşı tamam olan hər bir ölkə vətəndaşı bankın kreditindən faydalana biləcək.

 

Müştərilərinə bütün həftəni xidmət etmək üçün «Unibank»ın filialları şənbə
günləri də tam qrafiklə və nahar fasiləsiz işləyir. Bankın Bülbül pr-ti,10 ünvanında («Sahil» metro stansiyası yaxınlığında) yerləşən eyni adlı filialı günün 24 saatı fəaliyyətdədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR