Bank Of Baku

«Unibank» xanım müştərilər üçün hədiyyə kampaniyası keçirir

«Unibank» xanım müştərilər üçün hədiyyə kampaniyası keçirir
# 01 mart 2013 11:15 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Unibank» ASC 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə xanımlar üçün hədiyyə kampaniyasına başlayıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, martın 1-dən 10-dək «Unibank»dan nağd kredit alan hər bir xanım müştəriyə «MasterCard» kredit kartı hədiyyə olunacaq.

 

Bayram hədiyyəsi olan 500 manat limitli bu kart pulsuz verilir və heç bir komisiya haqqı ödənilmədən rəsmiləşdirilir. Kartdakı kredit vəsaitindən 35 gün müddətində faiz ödəmədən istifadə etmək mümkündür.

 

«Unibank»da arayışsız kreditlərin verilməsi ilə bağlı kampaniya davam edir. Bu kampaniya çərçivəsində iş yerindən arayış təqdim etmədən, yalnız şəxsiyyət vəsiqəsi ilə, bankın bütün paytaxt və rayon filiallarından 5 min manatadək kredit ala bilər. «Unibank»ın nağd kreditlərində minimal əmək haqqına və paytaxt qeydiyyatına tələb yoxdur.

 

Qeyd edək ki, «Unibank» nağd kredit götürən hər bir müştərisi üçün maksimal yaş həddini 65-dən 70-ə qaldırıb. Artıq 20 yaşdan yuxarı və kreditin bitmə müddətinə 70 yaşı tamam olan hər bir ölkə vətəndaşı bankın kreditindən faydalana biləcək. Müştərilərinə bütün həftəni xidmət etmək üçün «Unibank»ın filialları şənbə günlərini də tam iş qrafikinə keçib. Filiallar nahar fasiləsiz işləyir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR