Bakı - APA-Economics. Azərbaycanda nağdsız ödənişlərin dövriyyəsini artırmaq məqsədilə «Unibank» ASC «Visa» təşkilatı ilə birgə oktyabrın 21-dən yeni aksiyaya başlayıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, «Visa imtiyazlar dünyasını kəşf et!» aksiyası dekabrın 20-dək davam edəcək.
Bankın filiallarında bütün növ «Visa Premium» (Gold, Platinum və Infinite) kartları sifariş edən müştərilərə «MyBrands» mağazalar şəbəkəsində 20% endirim əldə etmək üçün 3 kupon veriləcək. Aksiyadan əvvəl sifariş edilmiş «Visa Premium» kartları da «MyBrands» mağazalar şəbəkəsində 120 manatdan yuxarı alış-veriş etdikdə kuponsuz 10% endirim əldə edəcək. Aksiyanın bütün iştirakçılarına əlavə olaraq «MyBrands» mağazalar şəbəkəsində hər zaman 5% endirim əldə etmək imkanı verən «MyBrands Standart» kartı hədiyyə veriləcək.
Aksiyanın şərtləri www.mybrands.az/ru/shops və ya www.facebook.com/VisaAzerbaijan sosial şəbəkələrində qeyd olunub.
Kuponlardan yalnız 1 dəfə istifadə etmək olar. Kuponlar 2014-cü il yanvarın 15-dək etibarlıdır.