Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Unibank» ASC-nin «Əcəmi» şöbəsi yeni ünvanda fəaliyyətə başlayıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, «Əcəmi» filialı artıq Bakı şəhəri, Nəsimi r-nu, Asif Məhərrəmov küçəsi,21B ünvanında yerləşir.
Mövcud müştərilərin rahatlığı üçün filial binası əvvəlki ünvanın yaxınlığında (köhnə ünvanla üzbəüz, yolun qarşı tərəfi) fəaliyyətini davam etdirir.
Bankın yeni ünvana köçən xidmət məntəqəsi nağd istehlak kreditləri, avtokreditlər, güzəştli dövrə malik kredit kartlarının verilməsini həyata keçirir. Biznes sahibləri və fərdi sahibkarlara fayda gətirə biləcək mikrokredit alətlərinə xüsusi diqqət verilir. Bundan başqa, fərdi müştərilər üçün həmçinin kassa hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, plastik kartlarının sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatları və digər xidmətləri əhatə edən geniş məhsul xətti təklif olunur.
Hazırda «Mərkəz» filialı da daxil olmaqla, «Unibank» 29 filialla, ümumilikdə 100-ə yaxın xidmət məntəqəsi ilə müştərilərə xidmət göstərir. Bankın filial şəbəkəsi Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Xırdalan şəhərləri, habelə Lənkəran, Şəki, Quba, Şəmkir, İsmayıllı və İmişli rayonlarını əhatə edir.
Qeyd edək ki, bütün «Unibank» filiallarında 300 manatdan 5 min manatadək krediti 3-30 ay müddətinə rəsmiləşdirmək mümkündür. Qeydiyyata və iş stajı ilə bağlı tələb yoxdur. Həmçinin, başqa banklara borcu olanlara da kredit verilir.