Bank Of Baku

«Unibank»ın aktivləri ötən il 25% artıb

«Unibank»ın aktivləri ötən il 25% artıb
# 04 fevral 2013 11:36 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Unibank» ASC-nin aktivlərinin həcmi 2013-cü il yanvarın 1-nə 551,797 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 25,0% çoxdur.


Bankdan «AP-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 28,6% artaraq 403,332 mln. manata çatıb. O cümlədən, istehlak kreditlərinin həcmi 203,285 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin əvvəlinə nisbətən 57,6% çoxdur. Eyni zamanda, vaxtı keçmiş kreditlərin həcmi il ərzində 10,1% artaraq 28,331 mln. manata çatıb. Vaxtı keçmiş kreditlərin kredit portfelində xüsusi çəkisi isə 1,2 faiz bəndi azalaraq 7,0%-ə düşüb.

 

Bankın depozit portfeli 2012-ci ildə 38,5% artaraq 314,854 mln. manata çatıb. O cümlədən, əhalinin əmanətlərinin həcmi 254,291 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 40,6% çoxdur.


Ötən il ərzində bankın məcmu kapitalı 5,6% artaraq 64,408 mln. manat, o cümlədən nizamnamə kapitalı 37,2% artaraq 61,565 mln. manat təşkil edib.


Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 1,9 dəfə artaraq 341 820, o cümlədən fiziki şəxslərin sayı 1,9 dəfə artaraq 337 553, hüquqi şəxslərin sayı 10,3% artaraq 4 267 olub. Bankın dövriyyədə olan plastik kartlarının sayı 2013-cü il yanvarın 1-nə 61 811-ə bərabər olub ki, bu da illik müqayisədə 2,4 dəfə çoxdur. O cümlədən, debet kartların sayı 2012-ci ildə 2,6 dəfə artaraq 54 741-ə, kredit kartların sayı 53,7% artaraq 7 070-ə çatıb.


Hazırda bankın ölkə üzrə 28 filialı, 69 bankomatı, 539 POS-terminalı fəaliyyət göstərir. Bankın 1 067 işçisi var, bank üzrə orta aylıq əmək haqqı isə 1 109 manatdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR