Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. «Unibank» ASC-nin Bakı şəhərində daha bir filialı fəaliyyətə başlayıb.
Bankdan «APA-Economics»ə verilən məlumata görə, paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclər küçəsi,27C ünvanında («Bakıxanov» alış-veriş mərkəzinə yaxın) yerləşən yeni filial, ərazidə yaşayan sakinlərin yüksək keyfiyyətli və səmərəli bank xidmətlərinə tələbatını ödəyəcək.
Bu, «Bakıxanov-2» filialı pərakəndə kreditlərin verilməsi ilə məşğul olacaq. Həmçinin, kiçik və orta biznesin maliyyələşdirilməsi üçün kreditlərin ayrılmasını həyata keçirəcək. Bundan başqa, fərdi müştərilər üçün kassa hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, plastik kartların sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatlar və digər xidmətləri əhatə edən geniş məhsul xətti təklif olunur.
Bununla da «Unibank»ın filialllarının sayı 33-ə çatıb.
Müştərilərə bütün həftəni xidmət etmək üçün «Unibank»ın filialları şənbə günləri də tam iş qrafikinə keçib. Filiallar nahar fasiləsiz işləyir.