Bank Of Baku

«Unibank»ın nağd pul krediti ucuzlaşıb

«Unibank»ın nağd pul krediti ucuzlaşıb
# 01 avqust 2013 08:16 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Unibank» ASC-nin «yumurta qiymətinə kredit»i daha da ucuzlaşıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, artıq müştərilər hər götürülən 100 manat kreditə görə gündəlik olaraq 15 qəpik deyil, cəmi 13 qəpik ödəyəcəklər.

 

Bu məbləğ həm əsas, həm də faiz borcunu əhatə edir. Məsələn, 1 000  manatlıq 48 ay müddətinə olan kredit üzrə gündəlik ödəniş 1,3 manat, aylıq ödəniş isə cəmi 39 manat təşkil edəcək.

 

Xatırladaq ki, «Unibank»da kreditin maksimal məbləği 7 500 manatadək artırılıb, müddət isə 48 ayadək uzadılıb. Üstəlik, «Unibank»dan kredit götürən hər kəsə bir çox imtiyazlar verən üzvlük kartı hədiyyə edilir.

 

Bankın kredit məhsulları Azərbaycan vətəndaşları üçün nəzərdə tutulub. Başqa banklara borcu olanlar belə, «Unibank»dan kredit götürə bilər. Bankın istənilən filialına yalnız  şəxsiyyət vəsiqəsi ilə yaxınlaşan müştəri, cəmi 15-20 dəqiqə ərzində nağd kredit əldə edə bilir. Həm də arayışsız və zaminsiz “Unibank”dan kredit götürmək üçün qeydiyyata, iş stajına  və minimal əmək haqqının məbləğinə tələb yoxdur.

 

Bank paytaxt və bölgələri əhatə edən 32 filialı ilə vətəndaşların xidmətindədir. Filiallar həftənin 6 günü səhər saat 09:00-dan 18:00-dək fasiləsiz işləyir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR