Bakı. Vahab Rzayev - APA-Economics. Sentyabrın 27-də Bakı Fond Birjasında «Unibank» ASC-nin imtiyazlı sənədsiz adlı səhmlərinin yerləşdirilməsinə başlanacaq.
Bakı Fond Birjasından «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 2,72 manat, sayı 2 205 900 ədəd, emissiyanın ümumi həcmi isə 6 000 048 manat təşkil edir.
Səhmlərin yerləşdiriləndən sonra bankın nizamnamə kapitalı 9,3% artaraq 70,565 mln. manata çatacaq.
Yerləşdirmədə anderrayter kimi “Unicapital” ASC çıxış edəcək.