Bank Of Baku

«United Credit Bank» nizamnamə kapitalını artırır

«United Credit Bank» nizamnamə kapitalını artırır
# 26 fevral 2013 14:37 (UTC +04:00)

 

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «United Credit Bank» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

 

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 2 min manat, sayı 17,5 min ədəd, emissiyanın ümumi həcmi isə 35 mln. manat təşkil edir.

 

Əlavə səhm emissiyası kütləvi təklif üsulu ilə yerləşdiriləcək. Yerləşdirmə başa çatdıqdan sonra bankın nizamnamə kapitalı 1,5 dəfə artaraq 59,108 mln. manata çatacaq.

 

Qeyd edək ki, təsisçisi 1 hüquqi və 2 fiziki yerli şəxs olan «United Credit Bank» ASC 1996-cı ildə «Rossiyskiy Kredit» Rusiya-Azərbaycan Kommersiya Bankı kimi yaradılıb və 1998-ci ildə brendini dəyişib. Hazırda bankın nizamnamə kapitalı 24,108 mln. manat təşkil edir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR