Bank Of Baku

«VTB-Azerbaijan»ın aktivləri ötən il 70% artıb

«VTB-Azerbaijan»ın aktivləri ötən il 70% artıb
# 26 fevral 2013 13:22 (UTC +04:00)

 

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən «VTB-Azerbaijan» ASC-nin aktivlərinin həcmi 2013-cü il yanvarın 1-nə 86,017 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 70,3% çoxdur.


Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 59,1% artaraq 73,193 mln. manata çatıb. O cümlədən, istehlak kreditlərinin həcmi 32,901 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin əvvəlinə nisbətən 3 dəfə çoxdur. Eyni zamanda, vaxtı keçmiş kreditlərin həcmi il ərzində 6,1% azalaraq 2,112 mln. manata, vaxtı keçmiş kreditlərin kredit portfelində xüsusi çəkisi isə 2,0 faiz bəndi azalaraq 2,9%-ə çatıb.

 

Bankın depozit portfeli 2012-ci ildə 2,6 dəfə artaraq 5,637 mln. manata çatıb. O cümlədən, əhalinin əmanətlərinin həcmi 4,628 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 2,8 dəfə çoxdur.


Ötən il ərzində bankın məcmu kapitalı 0,1% azalaraq 15,590 mln. manat, o cümlədən nizamnamə kapitalı dəyişməz qalaraq 23,815 mln. manat təşkil edib.


Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 32,4% artaraq 5 107, o cümlədən fiziki şəxslərin sayı 34,2% artaraq 4 809, hüquqi şəxslərin sayı 9,2% artaraq 298 olub.

 

Hazırda bankın ölkə üzrə 2 filialı, 3 bankomatı, 2 POS-terminalı fəaliyyət göstərir, dövriyyədə olan plastik kartlarının sayı 359-a bərabərdir. Bankın 180 işçisi var.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR