Bakı. Vahab Rzayev – APA-Economics. «Bank VTB (Azərbaycan)» ASC-nin Müşahidə Şurasının tərkibi 7 nəfərə çatdırılıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, «Bank VTB (Rusiya)»nın prezident-sədrinin birinci müavini Vasiliy Titov Müşahidə Şurasının sədri təyin edilib.
Bundan əlavə, Müşahidə Şurasının tərkibinə əlavə olaraq «Bank VTB (Azərbaycan)»ın ikinci səhmdarı olan «AtaHolding» ASC-nin nümayəndəsi Müseyib Əliyev daxil edilib.
Müşahidə Şurasının tərkibinin dəyişdirilməsi haqqında qərar «Bank VTB (Azərbaycan)»ın səhmdarlarının yığıncağında qəbul edilib. V.Titovun sözlərinə görə, törəmə bank qarşısında biznesin iri, orta və kiçik müəssisələrlə, həmçinin pərakəndə müştərilərin sayı hesabına fəal surətdə genişləndirilməsi vəzifəsi qoyulur. Həmçinin, səhmdarlar tərəfindən «Bank VTB (Azərbaycan)»ın kapitalının artırılması planlaşdırılır.
Qeyd edək ki, «Bank VTB (Azərbaycan)» ASC Rusiyanın «Bank VTB» ASC-nin törəmə bankıdır. Səhmdar kapitalında Rusiya tərəfi – «Bank VTB» ASC-nin payı 51%, Azərbaycan tərəfinin – «AtaHolding» ASC-nin payı isə 49% təşkil edir.