Bank Of Baku

«Westmark Financial Leasing» şirkəti yeni istiqraz emissiyasına hazırlaşır

«Westmark Financial Leasing» şirkəti yeni istiqraz emissiyasına hazırlaşır
# 30 iyul 2013 14:32 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Westmark Financial Leasing Investment Company» ASC-nin sənədsiz adlı təmin edilməmiş istiqrazların emissiya prospektini dövlət qeydiyyatına alıb.

 

QKDK-dən «APA-Economics»ə verilən məlumata görə, istiqrazların hər birinin nominal dəyəri 1 000, sayı 300 ədəd, emissiyanın ümumi həcmi isə 300 min manat təşkil edib. İstiqrazlar qapalı yerləşdirmə üsulu ilə yerləşdiriləcək.

 

Qeyd edək ki, «Westmark Financial Leasing Investment Company» şirkəti bu ilin mart ayında yaradılıb və lizinq sahəsində fəaliyyət göstərir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR