Bank Of Baku

«Xalq Bank»ın aktivləri son bir ildə 50% artıb

«Xalq Bank»ın aktivləri son bir ildə 50% artıb
# 30 yanvar 2014 09:23 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Xalq Bank» ASC-nin aktivlərinin həcmi 2014-cü il yanvarın 1-nə 1 282,021 mln. manat təşkil edib ki, bu da ötən ilin əvvəlinə olan göstərici ilə müqayisədə 50,0% çoxdur.


Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 50,2% artaraq 998,768 mln. manata çatıb. O cümlədən, istehlak kreditlərinin həcmi 55,919 mln. manat təşkil edib ki, bu da 2013-cü il yanvarın 1-nə olan göstəriciyə nisbətən 44,1% çoxdur. Eyni zamanda, vaxtı keçmiş kreditlərin həcmi ötən il 46,3% artaraq 37,928 mln. manata çatıb. Vaxtı keçmiş kreditlərin məcmu kredit portfelində xüsusi çəkisi isə 0,1 faiz bəndi azalaraq 3,8%-ə düşüb.

 

Bankın depozit portfeli hesabat ilində 62,1% artaraq 848,804 mln. manata çatıb. O cümlədən, əhalinin əmanətlərinin həcmi 598,971 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 47,7% çoxdur.


Ötən il bankın məcmu kapitalı 7,4% artaraq 205,491 mln. manat, o cümlədən nizamnamə kapitalı 8,6% artaraq 183,693 mln. manat təşkil edib.


Təhlil olunan dövr ərzində «Xalq Bank»ın cəmi müştərilərinin sayı 2,1 dəfə artaraq 46 607, o cümlədən fiziki şəxslərin sayı 2,2 dəfə artaraq 44 691, hüquqi şəxslərin sayı 49,8% artaraq 1 916 olub. Bankın dövriyyədə olan plastik kartlarının sayı 2014-cü il yanvarın 1-nə 12 293-ə bərabər olub ki, bu da illik müqayisədə 9,3% çoxdur. O cümlədən, debet kartların sayı 2,0% azalaraq 9 630, kredit kartların sayı 81,9% artaraq 2 663 təşkil edib.


Hazırda bankın ölkə üzrə 24 filialı, 41 bankomatı, 76 POS-terminalı fəaliyyət göstərir. Bankın 518 işçisi var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR