Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Xalq Bank» ASC-nin 2012-ci ildə əldə etdiyi gəlirlərin həcmi 68,870 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin analoji göstəricisindən 8,0% çoxdur. Bankdan «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda bankın xərcləri 42,6% artaraq 54,220 mln. manata çatıb.
Bankdan bildirilib ki, ötən il ərzində bank 14,650 mln. manat həcmində mənfəət əldə edib və bu, 2011-ci ilin analoji göstəricisindən (25,758 mln. manat) 43,1% azdır.
Qeyd edək ki, hesabat ilində bankın faiz gəlirləri 60,916 mln. manat, qeyri-faiz gəlirləri 7,954 mln. manat, faiz xərcləri 26,284 mln. manat, qeyri-faiz xərcləri isə 27,392 mln. manata bərabər olub. Ötən ilin yekununda bankın faiz mənfəəti 3,6%, qeyri-faiz zərəri isə 2,7 dəfə artıb.