Bank Of Baku

«Zamin Bank»ın mənfəəti kəskin artıb

«Zamin Bank»ın mənfəəti kəskin artıb
# 07 fevral 2013 11:18 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Zamin Bank» ASC-nin 2012-ci ildə əldə etdiyi gəlirlərin həcmi 39,033 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin analoji göstəricisindən 6,9% çoxdur. Bankdan «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda bankın xərcləri 5,0% artaraq 37,980 mln. manata çatıb.

 

Bankdan verilən məlumata görə, ötən ilin yekununda bank 1,053 mln. manat həcmində mənfəət əldə edib ki, bu da illik müqayisədə 2,9 dəfə çoxdur.

 

Qeyd edək ki, hesabat ilində bankın faiz gəlirləri 30,749 mln. manat, qeyri-faiz gəlirləri 8,284 mln. manat, faiz xərcləri 11,300 mln. manat, qeyri-faiz xərcləri isə 26,680 mln. manata bərabər olub. Ötən ilin nəticəsində bankın faiz mənfəəti 18,9%, qeyri-faiz zərəri isə 15,0% artıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR