Bank Of Baku

"A-Group"un mənfəəti azalıb, öhdəlikləri artıb

"A-Group"un mənfəəti azalıb, öhdəlikləri artıb
# 03 mart 2016 08:15 (UTC +04:00)

Bakı - APA-Economics. "A-Group" sığorta şirkəti ötən il aktivlərini 36,6% artıraraq 28,047 mln. manata çatdırıb.

 

"APA-Economics" xəbər verir ki, şirkətinin aktivlərinin mütləq əksəriyyəti, yəni 27,2 mln. manatı qısamüddətli aktivlərin payına düşür. Şirkətin uzunmüddətli aktivlərinin həcmi 879,143 min manatdır.

 

Hesabat dövründə şirkətin 11,221 mln. manatlıq öhdəliyi var. 2014-cü ilin yekunları ilə müqayisədə bu rəqəm 8,7% çoxdur.

 

2016-cı ilin yanvarın 1-ə şirkətin nizamnamə kapitalı 8 mln. 5 min 750 manat, məcmu kapitalı isə 16 mln. 825 min 725,11 manatdır.

 

Şirkətin ötən il əldə etdiyi xalis mənfəət 7 mln. 889 min 256,57 manatdır. Qeyd edək ki, sığortaçı 2014-cü ili 1 mln. 850 min 52,51 manatlıq mənfəətlə başa vurub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR