2017-ci ilin aprelin 1-nə "AccessBank"ın aktivlərinin həcmi 993,814 mln. manat təşkil edib ki, bu da ilin əvvəlinə olan göstərici ilə müqayisədə 6,14% azdır.
Bankdan "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 9,9% azalaraq 539,577 mln. manat olub.
Hesabat dövründə bankın depozit portfeli 6% artaraq 301,795 mln. manata çatıb. Cəmi öhdəliklərin həcmi hesabat dövrünün sonuna 7,94% azalaraq 926,466 mln. manat təşkil edib.
Yanvar-mart ayları ərzində bankın məcmu kapitalı 68,3% azalaraq 50,164 mln. manat təşkil edib.
Ümumilikdə, cari ilin ilk rübünü bank 21 mln. 837 min manat zərərlə başa vurub.