Bank Of Baku

"AccessBank"ın əməliyyat mənfəəti 33 mln. manatı ötüb

"AccessBank"ın əməliyyat mənfəəti 33 mln. manatı ötüb
# 24 fevral 2017 06:41 (UTC +04:00)

2017-ci ilin yanvarın 1-nə "AccessBank"ın aktivlərinin həcmi 1 mlrd. 58,872 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 11% azdır.

 

Bankdan "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 35,11% azalaraq 598,794 mln. manat olub.

Hesabat dövründə bankın depozit portfeli 1,8% artaraq 284,846 mln. manata çatıb. Cəmi öhdəliklərin həcmi hesabat dövrünün sonuna 1 mlrd. 6,411 min manat təşkil edib.

 

İl ərzində bankın məcmu kapitalı 8,26% artaraq 158,240 mln. manata çatdığı halda, nizamnamə kapitalı dəyişməyərək 85 mln. manat təşkil edib.

 

Bankın gəlirləri bu ilin yanvarın 1-nə 106,434 mln. manat olub.

 

Ümumilikdə ötən il bankın xalis əməliyyat mənfəəti 33 mln. 669,94 min manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR