"AccessBank" QSC 2017-ci ilin ilk yarısını 42,939 min manat məbləğində zərərlə başa vurub.
"APA-Economics" bankın açıqladığı hesabata istinadən xəbər verir ki, 2017-ci ilin I rübündə bankın zərəri 21,837 mln. manat təşkil edib. Beləliklə, rüb ərzində bankın zərəri 21,102 mln. manat azalıb.
Hesabat dövründə bankın aktivləri 17,59% azalaraq 872,635 mln. manata enib. Bankın kredit portfeli isə 15,30% azalaraq 507,163 mln. manat təşkil edib.
Bankın depozit portfeli 10,05% artaraq 313,463 mln. manata çatıb. Hesabat dövrünün sonuna bankın öhdəlikləri 19,79% azalaraq 807,266 mln. manat təşkil edib.