Bank Of Baku

"AFB Bank" I rübü 1,4 mln. manatlıq mənfəətlə başa vurub

"AFB Bank" I rübü 1,4 mln. manatlıq mənfəətlə başa vurub
# 25 aprel 2016 11:35 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “AFB Bank” 2016-cı ilin I rübünün göstəricilərini açıqlayıb.

 

"APA-Economics”in verdiyi xəbərə görə, 2016-cı il aprelin 1-ə bankın aktivlərinin həcmi 373,641 mln. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27,44% çoxdur.

 

Bankın kredit portfeli hesabat dövrü ərzində 9,38% azalaraq 187,937 mln. manat, depozit portfeli isə 2,3 dəfə artaraq 175,444 mln. manat olub.

 

Əhalinin əmanətlərinin həcmi cari ilin aprelin 1-ə 3,12 dəfə artaraq 71,596 mln. manat təşkil edib. Hesabat dövründə bankın cəmi öhdəlikləri isə 293,558 mln. manat təşkil edib.

 

Ötən il ərzində bankın məcmu kapitalı 1,31% artaraq 80 mln. 83 min 657,52 manat, nizamnamə kapitalı isə dəyişməyərək 70 mln. 393,455 min manat təşkil edib.

 

Qeyd edək ki, “AFB Bank” cari ilin I rübünü 1 mln. 372 min 12,01 manatlıq mənfəətlə başa vurub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR