"AFB Bank" ASC-nin aktivlərinin həcmi 2017-ci ilin II rübündə 397,981 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 30,74% çoxdur.
Bankdan "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 3,24% azalaraq 203,815 mln. manat olub.
"AFB Bank"ın depozit portfeli hesabat dövrü ərzində 60,36% artaraq 174,649 mln. manata çatıb. Əhalinin əmanətlərinin həcmi isə 25,742 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 16,89% çoxdur.
Bankın öhdəliklərinin həcmi isə hesabat dövründə 42,91% artaraq 318,582 mln. manat təşkil edib.
Bir il ərzində bankın nizamnamə kapitalı dəyişməyərək 70 mln. 393,455 min manat olaraq qalıb.
Cari ilin ilk altı ayı ərzində bankın əldə etdiyi mənfəət 173,855 min manat təşkil edib.