2018-ci il aprelin 1-ə “AGBank”ın cəmi aktivləri 504,289 mln. manat təşkil edib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0,3% azdır.
“APA-Economics” xəbər verir ki, hesabat dövründə bankın kredit portfeli 278,797 mln. manat təşkil edib ki, bu da 3,04% azalma deməkdir.
Depozit portfeli hesabat dövründə 10,1% artaraq 231,601 mln. manata yüksəlib. Əhalinin əmanətlərinin həcmi isə 170,229 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 12,7% artım deməkdir. Bankın öhdəlikləri isə 1,52% artaraq 460,414 mln. manat olub.
Hesabat dövründə “AGBank”ın nizamnamə kapitalı dəyişməyərək 102 mln. 200 min manat, məcmu kapitalı isə 40,891 mln. manat təşkil edib.
Yanvar-mart aylarında bankın gəlirləri 11,349 mln. manat, xərcləri isə 13,618 mln. manat təşkil edib.
Qeyd edək ki, “AGBank” cari ilin ilk rübünü 3 mln. 223,51 min manat zərərlə başa vurub.