Bank Of Baku

"AGBank" səhmdarlarının ümumi yığıncağının vaxtı dəyişib

"AGBank" səhmdarlarının ümumi yığıncağının vaxtı dəyişib
# 19 fevral 2016 13:12 (UTC +04:00)

Bakı. Musa Əhmədov  - APA-Economics. “AGBank” ASC-nin səhmdarlarının ümumi yığıncağının vaxtı dəyişdirilib.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, aprelin 5-də keçirilməsi nəzərdə tutulan növbədənkənar ümumi yığıncağın vaxtı martın 4-nə təyin edilib.

 

Yığıncağın gündəliyinə bankın nizamnamə kapitalının 100 mln. manat artırılması, İdarə Heyətinin ötən il üzrə hesabatı, Audit Komitəsinin hesabatı, bankın maliyyə nəticələrinin təsdiq edilməsi, Müşahidə Şurasının tərkibinin və Audit Komitəsinin tərkibinin təsdiqi daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR