Bank Of Baku

"AGBank"ın bölüşdürülməmiş mənfəəti 62 mln. manatı ötüb

"AGBank"ın bölüşdürülməmiş mənfəəti 62 mln. manatı ötüb
# 14 iyul 2017 11:04 (UTC +04:00)

2017-ci ilin I yarısında "AGBank" ASC-nin aktivlərinin həcmi 502 mln. 653,41 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 13,30% azdır.

 

"APA-Economics" bankın açıqladığı hesabata istinadən xəbər verir ki, hesabat dövründə bankın kredit portfeli 16,60% azalaraq 284 mln. 489,2 min manat olub.
 

Bankın depozit portfeli 2017-ci ilin yanvar-iyun ayları ərzində 21,39% azalaraq 222 mln. 695,74 min manata çatıb. Hesabat dövründə bankda yerləşdirilən əhalinin əmanətlərinin həcmi isə 160,26 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 8,17% çoxdur.

 

Hesabat dövründə bankın öhdəliklərinin həcmi 10,63% azalaraq 450 mln. 324,88 min manat təşkil edib.

 

2017-ci ilin iyunun 30-a bankın nizamnamə kapitalı 102,2 mln. manat təşkil edib.
 

Bank cari ilin ilk yarısını 1 mln. 575,43 min manatlıq zərərlə başa vurub. Əvvəlki illərin xalis zərərinin 60 mln. 491,07 min manat olduğunu nəzərə alsaq bölüşdürülməmiş mənfəət 62 mln. 66,5 min manata çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR