Bank Of Baku

"AGbank"ın səhmdarlarının sayında və pay bölgüsündə ciddi dəyişiklik baş verib

"AGbank"ın səhmdarlarının sayında və pay bölgüsündə ciddi dəyişiklik baş verib
# 28 aprel 2016 08:14 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “AGbank” ASC-nin səhmdarlarının pay bölgüsündə və sayında ciddi dəyişiklik baş verib.

 

APA-Economics”in məlumatına görə, bankın ikinci əsas səhmdarı olan Beynəlxalq Maliyyə Korporasiyasının bankdakı payı 17,5%-dən 4,28%-dək azalıb.

 

Bununla yanaşı, digər xarici investor “Kazimir Partners”in kapitalda payı 10%-dən 2,45%-dək enib.

 

İri səhmdarlardan olan Fərzulla Yusifov da bankda iştirak payını azaldıb. Belə ki, onun malik olduğu səhm paketi 17,767%-dən 5,79%-dək azalıb.

 

Bankın Müşahidə Şurasının sədri Çingiz Əsədullayev iştirak payını 23,27%-dən 31,68%-dək artırıb.

 

Bununla yanaşı, bankın kapitalına yeni səhmdar daxil olub. Qriqoriy Marçenko bankda 8,3%-lik səhm paketinə yiyələnib. Q. Marçenko eyni zamanda Müşahidə Şurasının üzvüdür.

 

Minoritar səhmdarların sayı və kapitalda iştirak payı artıb. Belə ki, bundan öncə 60 minoritarın 31,47%-i var idisə, hazırda onların sayı 84, kapitalda iştirak payı 68,32%-ə çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR