Bank Of Baku

AİF-in yerləşdirəcəyi 20 mln. manatlıq istiqrazlarının parametrləri açıqlanıb

 AİF-in yerləşdirəcəyi 20 mln. manatlıq istiqrazlarının parametrləri açıqlanıb
# 16 fevral 2017 09:16 (UTC +04:00)

Fevralın 17-də Bakı Fond Birjasında (BFB) “Azərbaycan İpoteka Fondu” ASC-nin (AİF) faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının kütləvi təklif qaydasında yerləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək.

 

BFB-dən “APA-Economics”ə verilən məlumata görə, hərraca 20 mln. manatlıq istiqraz çıxarılacaq. İstiqrazın birinin nominal qiyməti 1000 manat, tədavül müddəti 3600 gün istiqrazlar üzrə gəlirlilik 3 % təşkil edir.

 

İstiqrazların buraxılış şərtlərinə əsasən, bir istiqrazın satış qiyməti 1001,75 manat təşkil edəcək. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcək.

 

AİF-in təmin edilmiş istiqrazlarının emissiya prospekti Bakı Fond Birjasının internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilib.

 

BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR