Bank Of Baku

"Amrahbank"ın öhdəlikləri azalıb

"Amrahbank"ın öhdəlikləri azalıb
# 14 avqust 2017 10:39 (UTC +04:00)

"Amrahbank" ASC-nin aktivlərinin həcmi 2017-ci ilin II rübündə 239,404 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 10,24% azdır.

 

Bankdan "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 22,24% azalaraq 100,909 mln. manat olub.


Hesabat dövrünün sonuna bankın depozit portfeli 2,9% azalaraq 130,310 mln. manata, öhdəlikləri isə 11,63% azalaraq 188,498 mln. manata enib.

Bir il ərzində bankın məcmu kapitalı 0,74% azalaraq 51,106 mln. manat, nizamnamə kapitalı dəyişməyərək 39 mln. 844 min 400,05 manat təşkil edib.

Qeyd edək ki, bank cari ilin I rübünü 2 mln. 984 min 317,70 manatlıq zərərlə başa vurub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR