Bakı. Musa Əhmədov - APA-Economics. “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının (SKT) aktivlərinin həcmi 2016-cı ilin I rübündə 3 mlrd. 521,983 mln. manat təşkil edib.
“Aqrarkredit”dən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə SKT-nin kredit portfeli 24 mln. 866 min manat olub.
Bu ilin aprel ayının 1-ə BOKT-un nizamnamə kapitalı 12 mln. 699,5 min manat təşkil edib. Xatırladaq ki, "Aqrarkredit" nizamnamə kapitalını Bakı Fond Birjasında səhm yerləşdirməklə artırmağa nail olub. Belə ki, 2015-ci ilin sentyabr ayında bank olmayan kredit təşkilatının nominal dəyəri 0,67 manat olan 18 909 688 ədəd adi adlı səhmlərin buraxılışı dövlət qeydiyyatına alınıb. Səhmlər “Aqrarkredit” QSC-nin nominal dəyəri 1 manat olan 196 672 ədəd adi adlı səhmlərinə konvertasiya yolu ilə yerləşdirilib. Nəticədə “Aqrarkredit” nizamnamə kapitalını kəskin artırıb.
Hesabat dövründə “Aqrarkredit”in cəmi öhdəlikləri 3 mlrd. 508,570 mln. manat təşkil edib.
Bu ilin aprelin 1-nə kredit təşkilatının məcmu kapitalı 13 mln. 413 min manat təşkil edib.
Bu müddətdə “Aqrarkredit”in gəlirləri 1,032 mln. manat, xərcləri isə 841,96 mln. manat təşkil edib. Bank olmayan kredit təşkilatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 174,48 min manat ayırıb.
Yanvar-mart aylarında kredit təşkilatı 15,71 min manat xalis mənfəət əldə edib.