Bank Of Baku

"AtaBank"ın depozit portfeli 38% azalıb

"AtaBank"ın depozit portfeli 38% azalıb
# 25 aprel 2017 13:06 (UTC +04:00)

"AtaBank"ın aktivlərinin həcmi 2016-cı ilin I rübündə 464,534 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 5,46% azdır.

 

Bankdan "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 9,37% azalaraq 393,742 mln. manat olub.

Depozit portfeli hesabat dövrü ərzində 38,43% azalaraq 256,227 mln. manata, əhalinin əmanətlərinin həcmi isə 220,450 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 17,87% artım deməkdir.

Bir il ərzində bankın məcmu kapitalı 6,33% artaraq 63,837 mln. manat, nizamnamə kapitalı isə 14% artaraq 57 mln. manat təşkil edib.

 

Cari ilin ilk üç ayı ərzində bankın əldə etdiyi mənfəət 1 mln. 177,84 min manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR