Bakı. Musa Əhmədov - APA-Economics. “Atabank” ASC 2015-ci ilin sonuna olan maliyyə nəticələrini açıqlayıb.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, 31 dekabr tarixinə bankın cəmi aktivləri 607,2 mln. manat təşkil edib ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 4% artım deməkdir.
2015-ci ilin sonuna bankın kredit portfeli 530,4 mln. manat, cari hesablar da daxil olmaqla öhdəlikləri 534 mln. manat, o cümlədən müddətli əmanət portfeli 443,5 mln. manat, fiziki şəxslərin müddətli əmanətləri 260,8 mln. manat, məcmu kapitalı isə 53,7 mln. manat olub.
Həmçinin, bank ötən ili 1,4 mln. manat xalis mənfəətlə başa vurub.