Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin mayın 17-də “AtaSığorta” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
“APA-Economics”in məlumatına görə, ümumi yığıncaqda şirkətin 2015-ci maliyyə ili üzrə idarə Heyətinin və Direktorlar Şurasının hesabatı, o cümlədən ötən il üzrə müstəqil auditorun rəyi ilə təsdiq edilmiş maliyyə hesabatı müzakirə ediləcək.
Həmçinin, ümumi yığıncaqda “AtaSığorta”nın 2015-ci maliyyə ili üzrə illik hesabatlarının, mühasibat balansının, mənfəət və zərər hesablarının təsdiq edilməsi, mənfəətin bölüşdürülməsi məsələsinə baxılacaq.