İyunun 12-də "AtaSığorta" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı çağırılır.
"APA-Economics" xəbər verir ki, yığıncağın gündəliyinə 2016-cı maliyyə ili üzrə İdarə Heyətinin və Direktorlar Şurasının hesabatı, 31 dekabr 2016-cı il tarixə bitən il üzrə müstəqil auditorun rəyi ilə təsdiq edilmiş maliyyə hesabatı, şirkətin 2016-cı maliyyə ili üzrə illik hesabatlarının, mühasibat balansının, mənfəət və zərər hesablarının təsdiq edilməsi, mənfəətinin bölüşdürülməsi kimi məsələlər daxildir.