"Atəşgah" sığorta qrupu rəhbərliyində kadr dəyişikliyinin baş verdiyini bəyan edib.
Şirkətdən "APA-Economics"ə verilən məlumata görə, sığorta şirkətinin Direktorlar Şurasının iclası və "Atəşgah Həyat" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçirilib. Qərara əsasən 2 oktyabr 2017-ci il tarixindən "Atəşgah" sığorta şirkətinin İdarə Heyətinin sədri Tələt Səfərov "Atəşgah Həyat"a Direktorlar Şurasının üzvü vəzifəsinə seçilib.
"Atəşgah" sığorta şirkətinin İdarə Heyətinin sədri vəzifəsinə isə "Atəşgah Həyat"ın Direktorlar Şurasının üzvü Azər Əliyev təyin edilib.
Qeyd edək ki, A.Əliyev daha əvvəl "Atəşgah"ın baş direktoru vəzifəsində, İdarə Heyəti sədrinin müşaviri kimi fəaliyyət göstərib.