Bank Of Baku

"Atəşgah" sığorta şirkətinin səhmdarlarının növbədənkənar yığıncağının vaxtı dəyişib

"Atəşgah" sığorta şirkətinin səhmdarlarının növbədənkənar yığıncağının vaxtı dəyişib
# 13 fevral 2016 07:26 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Bu ilin martın 16-da “Atəşgah” Sığorta Şirkəti ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

 

APA-Economics”in məlumatına görə, ümumi yığıncaqda ASC-nin müstəqil auditorunun, Təftiş Komissiyasına üzvün seçilməsi, nizamnaməsinə dəyişikliyin təsdiq edilməsi məsələlərinə baxılacaq.

 

Səhmdarların növbədənkənar ümumi yığıncağının gündəliyi üzrə materiallarla ümumi yığıncaq zamanı tanış olmaq mümkündür.

 

Ümumi yığıncaq “Atəşgah” Sığorta Şirkətinin inzibati binasında keçiriləcək.

 

Xatırladaq ki, bu məsələlər “Atəşgah” Sığorta Şirkətinin səhmdarlarının yanvarın 8-də planlaşdırılan növbədənkənar ümumi yığıncağında müzakirə olunmalı idi. Sonradan ümumi yığıncağın vaxtı fevralın 12-nə təyin edilib. Fevralın 12-də də ümumi yığıncaq baş tutmadığından ümumi yığıncağın vaxtı martın 16-na müəyyən edilib.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR