Bank Of Baku

"AXA Mbask" ötən ili mənfəətlə başa vurub

"AXA Mbask" ötən ili mənfəətlə başa vurub
# 31 mart 2016 08:17 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “AXA Mbask” sığorta şirkəti 2015-ci il üçün maliyyə hesabatını açıqlayıb.

 

"APA-Economics" xəbər verir ki, ötən il şirkətin cəmi aktivləri 6 mln. 375 min manat və ya 22,01% artaraq 35 mln. 330,452 min manat olub. Hesabat dövrünün sonuna şirkətin cəmi uzunmüddətli aktivləri  8 mln. 214,1 min manat, cəmi qısamüddətli aktivləri isə 27 mln. 116,385 min manat təşkil edib.


2014-cü il ilə müqayisədə ötən il “AXA Mbask”ın  nizamnamə kapitalı 5 mln. 500 min artaraq 19 mln. 733,738 min manat olub. Hesabat dövründə şirkətin məcmu kapitalı 19 mln. 292,582 min manat təşkil edib. Bu, 2014-cü ildəki göstəricidən 6 mln. 217,503 min manat və ya 47,5% çoxdur.
 

2015-ci ildə şirkətin cəmi öhdəlikləri 157 min 498 manat və ya 0,99% artaraq 16 mln. 37,870 min manata çatıb. Hazırda “AXA Mbask”ın cəmi uzunmüddətli öhdəlikləri 15 mln. 287,220 min manat, cəmi qısamüddətli öhdəlikləri 750,650 min manat təşkil edir.
 

Hesabat dövründə şirkətin gəlirləri 25 mln. 109,090 min manat, xərcləri 24 mln. 806,475 min manat olub. Sığortaçı 2015-ci ili 242,092 min manat xalis mənfəətlə başa vurub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR