31 mart 2017-ci il tarixinə "Azər Türk Bank" ASC-nin aktivləri 291 mln. 468 min manat səviyyəsində olub.
Bankın mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, kredit portfelinin həcmi 139,8 mln. manat təşkil edib.
Tutulmalardan sonra bankın məcmu kapitalı 54 mln. 776 min manat, məcmu kapitalın adekvatlıq əmsalı 30,87% səviyyəsindədir. Nizamnamə kapitalı 50 milyon manat səviyyəsindədir.
Bank aktivlərinin səmərəliliyini əks etdirən ROA əmsalı 1,1%, kapitalın gəlirliliyi (ROE) 7,24% təşkil edib.
Ümumi gəlirlər 7 mln. 493 min manat, xərclər 6,4 mln. manatdır, bankın xalis mənfəəti 1,064 mln. manatı ötüb.
Bankın depozit portfeli 191,9 mln. manat həcmindədir.
1995-ci ildən fəaliyyət göstərən "Azər-Türk Bank" ASC-nin səhmlərinin 75%-i Azərbaycan dövlətinə məxsusdur.