Bank Of Baku

"Azər Türk Bank"ın rəhbərliyində ciddi dəyişiklik olub - YENİLƏNİB

"Azər Türk Bank"ın rəhbərliyində ciddi dəyişiklik olub - <span style="color: red;">YENİLƏNİB
# 02 dekabr 2016 14:04 (UTC +04:00)

Bu gün "Azər-Türk Bank" ASC-nin Müşahidə Şurasının növbədənkənar iclası keçirilib.

 

Bankdan "APA-Economics"ə verilən məlumata görə, iclasda Bankın İdarə Heyətinin tərkibinə bir sıra dəyişikliklər edilib. Belə ki, Müşahidə Şurasının qərarı ilə Xalid Əhədov İdarə Heyətinin üzvü seçilib. Həmçinin, bankın İdarə Heyətinin sədri vəzifəsinin icrası da müvəqqəti olaraq ona həvalə edilib.

 

X. Əhədov bank sahəsi üzrə fəaliyyətə 1999-cu ildən başlayıb. Bu günə qədər "Bank of Baku" ASC-nin İdarə Heyəti sədrinin müavini, "Unibank" ASC-nin icraçı direktoru vəzifələrində çalışıb. Yeni vəzifəyə qədər isə hazırda ləğvetmə prosesində olan "Bank Standard" QSC-nin İdarə Heyətinin sədri olub.

İqtisadiyyatın real sektoruna maliyyə dəstəyinin verilməsini özünün əsas missiyası kimi müəyyənləşdirmiş “Azər Türk Bank” ASC-nin səhmlərinin 75%-i Azərbaycan dövlətinə məxsusdur. Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatları www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

 

*** SAAT 16:28

 

"Azər Türk Bank" ASC-də ciddi kadr dəyişikliyi olub. "APA-Economics"un bank sektorundan əldə etdiyi məlumata görə, bankın İdarə Heyətinin sədri Fərhad Adıgözəlov tutduğu vəzifədən uzaqlaşdırılıb.

 

Bu vəzifənin müvəqqəti olaraq Xalid Əhədov icra edəcək. X. Əhədovun son iş yeri lisenziyası ləğv olunan "Bank Standard" QSC olub. O, adıçəkilən bankın İdarə Heyətinin sədri kimi çalışıb.
 

İdarə Heyəti sədrinin müavini Afiq Xudayev də tutduğu vəzifədən azad olunub.

 

Hazırda İdarə Heyəti sədrinin bir müavini var - Rumiyə Məmmədova.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR