Bank Of Baku

Azərbaycan bank sistemində vaxtı keçmiş kreditlərin həcmi 9% artıb

 Azərbaycan bank sistemində vaxtı keçmiş kreditlərin həcmi 9% artıb
# 03 sentyabr 2013 11:47 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının məcmu kredit qoyuluşların həcmi 2013-cü il avqustun 1-nə 14 199,3 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 3 472,9 mln. manat və ya 32,4%, o cümlədən, bu ilin əvvəlindən kredit qoyuluşlarının həcmi 1 955,6 mln. manat və ya 16,0% artıb.

 

Kredit qoyuluşlarının tərkibində aparıcı yeri istehlak kreditləri tutub. Belə ki, ev təsərrüfatlarına verilən kreditlərin həcmi 5 427,4 mln. manat və ya ümumi həcmin 38,2%-ni təşkil edib. Digər sahələr arasında «İnşaat və əmlak» 15,5%, «Ticarət və xidmət» sahəsi isə 15,3% paya malikdir.

 

Kredit qoyuluşlarının strukturunda vaxtı keçmiş kreditlərin həcmi avqustun 1-nə 776,6 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 61,5 mln. manat və ya 8,6% çoxdur. Həcmin artması fonunda vaxtı keçmiş kreditlərin xüsusi çəkisi son bir ildə 6,7%-dən 5,5%-ə enib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR