Bank Of Baku

"Azərbaycan Sənaye Bankı" və "Azərbaycan Kredit Bankı" dövlət xətti ilə ən az ipoteka krediti verən banklardır

"Azərbaycan Sənaye Bankı" və "Azərbaycan Kredit Bankı" dövlət xətti ilə ən az ipoteka krediti verən banklardır
# 23 aprel 2015 10:48 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycan İpoteka Fondu (AİF) hesabına bankların verdiyi ipoteka kreditlərinin sayı açıqlanıb.

 

APA-Economics”in xəbərinə görə, bu barədə məlumat fondun saytında yerləşdirilib. 

 

Məlumata əsasən, ipoteka kreditləşməsi başlanandan indiyədək Azərbaycanda 31 bank AİF-in vəsaitləri hesabına ipoteka krediti verib.

 

Siyahıya nəzər salanda məlum olur ki, 2006-cı ildən 2015-ci il aprelin 1-nə qədər AİF-in hesabına verilən ipoteka kreditlərinin sayına görə “AGBank” liderdir. Hesabat dövründə bu bank 1327 ipoteka krediti verib. Verilmiş ipoteka kreditlərinin sayına görə ilk beşliyi "Xalq Bank" (1276 kredit), "Bank Standard" (1276 kredit), “Muğanbank” (1142) və "Dəmirbank" (1085 kredit) tamamlayır.

 

“Azər-Türk Bank” (28 kredit), "Azərbaycan Sənaye Bankı" (17), “YapıKredi Bank Azərbaycan” (15), “Rabitəbank” (15), "Azərbaycan Kredit Bankı" (14)  AİF xətti ilə ən az ipoteka krediti verən banklardan sayılır.

 


 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR