2016-cı ildə "Azərbaycan Sənaye Sığorta" ASC-nin aktivləri 2015-ci illə müqayisədə 1,3% artaraq 22 mln. 928,571 min manat olub. "APA-Economics" şirkətin saytında yer alan hesabata əsasən xəbər verir ki, hesabat dövründə şirkətin uzunmüddətli aktivləri 3 mln. 755,045 min manat (10,1% artım), qısamüddətli aktivləri 19 mln. 173,526 min manat (0,31% azalma) təşkil edib.
2017-ci ilin əvvəlinə şirkətin öhdəlikləri 15,5% azalaraq 6 mln. 347,835 min manat olub. 2016-cı ildə şirkətin uzunmüddətli öhdəlikləri 5 mln. 490,990 min manat olub (22,7% azalma), qısamüddətli öhdəlikləri isə 856 min 844,10 manat (2,1 dəfə artım) təşkil edib.
Ötən ilin sonuna şirkətin nizamnamə kapitalı dəyişməyərək 11 mln. manat, cəmi kapitalı isə 9,6% artaraq 16 mln. 580 min 736,13 manat təşkil edib.
Şirkət ötən ili 1 mln. 734 min 931,84 manatlıq xalis mənfəətlə başa vurub.