Bank Of Baku

Azərbaycanda manat pul kütləsi 20% artıb

 Azərbaycanda manat pul kütləsi 20% artıb
# 16 dekabr 2013 13:37 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 2013-cü il noyabrın 1-nə 17 867,4 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 260,8 mln. manat və ya 14,5% çoxdur.

 

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu ilin yanvar-oktyabr aylarında geniş mənada pul kütləsi 1 092,1 mln. manat və ya 6,5% artıb.

 

Qeyd edək ki, M3 aqreqatının strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.

 

Eyni zamanda, manat pul kütləsi (M2 aqreqatı) son bir ildə 2 454,2 mln. manat və ya 19,5% artaraq 15 017,8 mln. manata çatıb:

 

(mln. AZN)

 

01.11.2012

01.01.2013

01.11.2013

M0 (nağd pullar)

8 415,5

9 256,6

9 724,4

M1 (nağd pul, tələb olunanadək əmanət və depozitlər)

 

10 096,2

 

11 107,9

 

11 836,6

M2 (nağd pul, tələb olunanadək və manatla müddətli əmanət və depozitlər)

 

12 563,6

 

13 806,4

 

15 017,8

M3 (nağd pul, tələb olunanadək və müddətli əmanət və depozitlər)

 

15 606,6

 

16 775,3

 

17 867,4

 

Azərbaycanda pul kütləsində nağdlaşma səviyyəsi bu ilin noyabrın 1-nə 64,8%-ə bərabər olub ki, bu da illik müqayisədə 2,2 faiz bəndi azdır.

 

 

 

 

 

 

 

 

 

 


 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR